Sakinlər mənzillərinə çıxarış ala bilmirlər: Problem niyə həll olunmur?
Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən binada yaşayan sakinlər bildirirlər ki, altı ildir mənzillərinə çıxarış ala bilmirlər.
Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.
Sakinlər deyirlər ki, çıxarışın olmaması onların mülkiyyət hüquqlarının tam şəkildə rəsmiləşdirilməsinə mane olur və bu da gündəlik həyatlarında ciddi çətinliklər yaradır.
"Dövlət bilmir ki, 214 mənzildə yaşayan sakinlər quldurdurlar, ya kimdirlər", "Övladım artıq məktəb yaşına çatıb, amma qeydiyyatım yoxdur deyə onu yaxın ərazidəki məktəbə qoya bilmirəm", - deyə sakinlər narazılıqlarını bildiriblər.
Oxşar xəbərlər
AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) "AHİK könüllüləri" layihəsinin iştirakçıları Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin P...