Sahil Babayev: Büdcədən asılılığı olan yeganə rayon Xocavənddir
"Dövlət büdcəsindən asılılığı olan yeganə rayonumuz Xocavənddir".
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Regionların büdcədən asılılığının azaldılması istiqamətində addımlar atılır. Əksər rayonlarımız öz gəlirləri ilə xərclərini təmin edirlər. Eyni zamanda, Naxçıvan MR-ə ödənilən dotasiyada ciddi şəkildə - 26% azalma var. Çünki Naxçıvanın artıq öz gəlirləri kifayət qədər artır. Bu, dotasiya rəqəmlərini biz 74 milyon manata qədər azalda bilərik. Dotasiyadan asılılığı olan yeganə rayonumuz Xocavənddir. Digər rayonlar öz xərclərini gəlirləri vasitəsilə qarşılaya bilirlər", - nazir qeyd edib.
Oxşar xəbərlər
Bakı metrosundan istifadə edənlərin NƏZƏRİNƏ - Sabah qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək
Bu gün saat 12:10-da "Ulduz–Nərimanov" mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ şəkildə həmin mənzilin bütün elektrik qida mənbə...