Şabran şəhərində yol nişanlanma işləri həyata keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Şabran şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılıb.
BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, şəhərin Heydər Əliyev prospekti, 20 Yanvar, M.Ə.Rəsulzadə və Ağalar Mirzə küçələrində, ümumilikdə 33 kilometr ərazidə üfüqi nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib.
Bununla yanaşı, sözügedən ərazilərdə 16 nizamlanmayan piyada keçidi yenilənib və müvafiq yol nişanları quraşdırılıb.
Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.
Qalereya
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...