Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Sosial 1357

Mayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16 , gündüz 23-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında gündüz əsas yağmursuz olacağı, lakin axşam və gecə şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi meteoroloiji proqnoza gəlincə, mayın 18-də Abşeron yarımadasında müteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üşün əlverişlidir. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün 30 dərəcə isti olacaq

Bu gün 30 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, a...

1020 Şou-biznes 08:00 14 may 2016

Son xəbərlər