Bu gün 30 dərəcə isti olacaq

Bu gün 30 dərəcə isti olacaq
Şou-biznes 1020

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə,havanın temperaturu Abşeron yarımadasında gecə 11-16, gündüz  22-27, Bakıda gecə 13-15, gündüz  25-27 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 757 mm civə sütunu, nisbi rütubət  gecə 75-85, gündüz  50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

Mayın 14-16-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq

Mayın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin mayın 13-dən 14-nə keç...

2 Sosial 13:44 13 may 2016

Son xəbərlər