Sabahın havası ilə bağlı vacib XƏBƏRDARLIQ
Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.
BAKU.WS xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.
Qeyd olunub ki, Zəngilan, Cəbrayıl, Ağdam, Laçın, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Naftalan, Tovuz, Ağstafa, Qazax, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Bərdə, Tərtər, Göyçay, İsmayıllı, Qəbələ, Qusar, Siyəzən, Xızı, Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Bu barədə BAKU.WS-ə DİM-dən məlumat verilib. Bildirilib ki,...