Sabahın hava proqnozu AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 14-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq.
Qeyd olunub ki, gecə və səhər bəzi yerlərdə zəif duman gözlənilir. Həmçinin cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu olacaq. Nisbi rütubət isə 60-70% təşkil edəcək.
Azərbaycanın rayonlarında da hava, əsasən, yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Oxşar xəbərlər
Qar yağacaq, şaxta olacaq - Dekabrın hava proqnozu
Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə,...