Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
Sosial 136

Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə olunacaq, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-27° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın rayonlarında gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər