Sabahdan daha 6 marşurt xəttində Bakı Kart sistemi tətbiq olunacaq - SİYAHI
Sentyabrın 1-dən Bakıda 6 marşrut xətti ilə hərəkət edən avtobuslarda gediş haqqının nağdsız ödənişi tətbiq ediləcək.
"Xaliq Faiqoğlu" şirkətindən BAKU.WS-ə verilən məlumata görə, 18,61,65,79,85 və 96 saylı marşrut xəttlərində "Bakı Kart” sisteminə keçidlə əlaqədar nağd ödənişlər qəbul olunmayacaq. Bu məqsədlə şirkət rəhbərliyi vətəndaşlardan "Bakı Kart” ödəniş kartlarını əldə etməsini xahiş edir. Artıq avtobuslarda nağdsız ödəniş üçün cihazların quraşdırılması prosesi yekunlaşıb və avtobuslarda müşahidə kameraları quraşdırılıb.
Xatırladaq ki, adıçəkilən 6 marşrut "Xaliq Faiqoğlu" şirkəti tərəfindən istismar olunur. Bu avtobuslarda da gediş haqqı metroda və "BakuBus" MMC-nin avtobuslarında hazırda istifadə olunan kartlar vasitəsilə ödəniləcək.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda bütün avtobuslarda ödəniş kartla olacaq - RƏSMİ
Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlər qarşısında vahid ödəniş...