Sabahdan Azərbaycanda bu qadağa götürülür - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və ov mövsümünün açıq elan edilməsinə qərar verilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev BAKU.WS-ə bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün oktyabrın 8-dən etibarən açılması qərara alınıb.
Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib.
Oxşar xəbərlər
Koronavirus pandemiyası ilə əlaqədar daha bir qadağa
Ölkədə hərbi vəziyyətin elan edilməsi, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin sərtləşdirilməsi nəzərə alınaraq vəhşi heyvan və quş növlə...