Azərbaycanda ov mövsümü başladı SİYAHI
26
may
2018
11:15
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti Azərbaycan ərazisində 2018-2019-cu illərin ov mövsümünü bu gündən açıq elan edib.BAKU.WS xəbərinə görə, Azərbaycan ərazisində 2018-2019-cu illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:Azərbaycan ərazisində bəzi heyvanların (çaqqal, yenot, ala qarğa və sağsağan) saylarının tənzimlənməsi məqsədilə müvafiq icazə əsasında il boyu ovlanmasına icazə var.Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə ov edilməsinə aşağıda göstərilən rayonların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:- qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı;- dağıstan turu - Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz;- dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı;- vəhşi quşlar - yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində.Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov qadağan edilib.BAKU.WS
Oxşar xəbərlər
Həftənin ilk günü üçün hava proqnozu
Sabah respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə ver...