Apreldə hava necə olacaq ? ETSN açıqlama...
30
mar
2018
15:13
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-a verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.Aylıq yağıntının miqdarının, əsasən, iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasındaOrta aylıq temperaturun 11-13 dərəcə isti (gecələr 7-12, bəzi yerlərdə 16, gündüzlər 13-18, bəzi günlərdə 24-29 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-33 mm) olacağı gözlənilir.Naxçıvan Muxtar RespublikasındaOrta aylıq temperaturun 13-16 dərəcə isti (gecələr 7-12, gündüzlər 14-19, bəzi günlərdə 25-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-59 mm) olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarındaOrta aylıq temperaturun 6-10 dərəcə isti (gecələr 5-10, gündüzlər 10-15, bəzi günlərdə 19-24 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 54-83 mm) olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındaOrta aylıq temperaturun 12-14 dərəcə isti (gecələr 8-13, gündüzlər 13-18, bəzi günlərdə 24-29 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-54 mm) olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarındaOrta aylıq temperaturun 10-13 dərəcə isti (gecələr 6-11, gündüzlər 12-17, bəzi günlərdə 23-28 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-126 mm) olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındaOrta aylıq temperaturun 13-15 dərəcə isti (gecələr 9-14, gündüzlər 15-20, bəzi günlərdə 25-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 30-49 mm) olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarındaOrta aylıq temperaturun 10-13 dərəcə isti (gecələr 8-13, gündüzlər 14-19, bəzi günlərdə 23-28 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 41-72 mm) olacağı gözlənilir.Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Mart ayına olan hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mart ayına olan hava proqnozunu açıqlayıb. BAKU.WS xəbər verir ki, martda havanı...