Sabah yağış yağacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında iyulun 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.
Oxşar xəbərlər
Beş və daha çox uşaqlı 3 minə yaxın qadın sosial müavinət alır
Azərbaycanda hazırda beşdən çox uşağı olan qadın kimi sosial müavinət alan qadınların sayı 2 849 nəfər təşkil edir. BAKU.WS xəbər verir ki, bu barədə "Report"un...
