Sabah yağış yağacaq - HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında avqustun 12-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 14-18° isti, gündüz 20-25° isti olacaq.
Oxşar xəbərlər
Azərbaycanda unun topdansatış qiyməti AÇIQLANDI - SİYAHI
Azərbaycanda avqustun 10-dan etibarən 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətləri açıqlanıb. Qiymətlər istehsalçıdan asılı olaraq 26,50-29,40 manat arası...