Sabah temperatur 40 dərəcəyə qədər qalxacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 10-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.
Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq.
Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.
Oxşar xəbərlər
İstirahət və bayram günlərinin hava proqnozu
İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, aprelin 30-u gündüz, mayın 01-də...