Sabah Sədərək rayonunda işıq olmayacaq
06
okt
2025
17:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.
"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən BAKU.WS-ə verilən məlumata görə, 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sədərək" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.
Bu səbəbdən oktyabrın 7-də saat 15:00-dan 16:30-dək Sədərək kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...