Sabah partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etmələri üçün müddət başa çatır
Martın 31-i siyasi partiyaların 2024-cü il üzrə illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmələri üçün ayrılan müddət başa çatır.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, siyasi partiyalar hər il aprelin 1-dən gec olmayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə MSK-ya təqdim etməlidir.
MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Məlumat üçün bildirək ki, MSK sədri Məzahir Pənahov qurumun martin 18-də keçirilən iclasında məsələni xatırladaraq lazımi addımların atılmalı olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınan 26 partiya mövcuddur.
Oxşar xəbərlər
Bakı-Tbilisi qatarı ilə Türkiyəyə getmək mümkündür? - Yeni marşrutlar
Bakı-Tbilisi qatarlarının yenidən fəaliyyətə başlaması regionda səyahət və turizm imkanlarına marağı yenidən gündəmə gətirib. Uzun fasilədən sonra bərpa olunan...