Sabah hava yağmursuz olacaq - HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var.
Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.
Oxşar xəbərlər
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
Prezident İlham Əliyev "AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 22 fevral 2021-ci il tarixli sərəncamında dəyişiklik edib. BAKU...