Sabah Goranboy və Masallının bəzi kəndlərində qaz olmayacaq
Sabah Goranboy və Masallı rayonunlarının bəzi kəndlərində qaz olmayacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 10-da saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonunun Hazırəhmədli, Bəşirli, Göynüyən və Qarasuçu kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Bundan başqa, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Bambaşı kəndinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Oxşar xəbərlər
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyunun 10-da gecə və səhər saatla...