Sabah bütün pensiyalar ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevralın 25-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.
"Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılıb, habelə fevralın 1-dən minimum pensiya artırılaraq 280 manatdan 320 manata çatdırılıb. Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödəniləcək, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq",- məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Sabah ilin ikinci və son Ay tutulması olacaq
Sabah ilin ikinci və son Ay tutulması baş verəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, tam Ay tutulmasıdır (bəzən "Qanlı Ay" da adlandırılır). Tam A...
