Sabah bu ərazidə su müvəqqəti kəsiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanov rayonunda xəttin ləğvi və yeni xəttin istismara verilməsi ilə əlaqədar "Montin" yaşayış massivində (Əlövsət Əliyev) 7 aprel saat 09:00-dan 8 aprel səhər saatlarına qədər suyun verilməsi kəsiləcək.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sosial şəbəkədə məlumat yayıb.
"Nərimanov rayonu ərazisindən istismar müdəti bitmiş xəttin ləğvi və yeni xəttin istismara verilməsi ilə əlaqədar görülən işlər çərçivəsində "Montin" yaşayış massivinə aid (Əlövsət Əliyev) bəzi ərazilərdə 7 aprel tarixi saat 09:00-dan 8 aprel tarixinin səhər saatlarına qədər suyun verilməsində fasilə yaranacaq", – məlumatda bildirilib.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...