Sabah bu ərazidə qaz olmayacaq

Sabah bu ərazidə qaz olmayacaq
Sosial 8

Dekabrın 27-də səhər saatlarından etibarən Xırdalan şəhərinin bir hissəsində qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, baş verəcək fasilələr mövcud qaz şəbəkəsindəki hansısa nasazlıqlarla bağlı deyil.

Belə ki, Xırdalan şəhərinin H.Əliyev prospekti, H.Z.Tağıyev və S.Bəhlulzadə küçələrində genişmiqyaslı abadlıq işləri aparılır. Bu işlərin gedişatına şərait yaradılması, eləcə də ərazidəki qaz kəmərlərinin təhlükəsizliyi üçün qaz təminatında müvəqqəti fasilələrə zərurət yaranıb. Abadlıqla məşğul olan təşkilatların işləri yekunlaşdığı andan abonentlərin qaz təchizatı dərhal bərpa olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DİQQƏT - Bu gün bu ərazilərdə qaz olmayacaq

DİQQƏT - Bu gün bu ərazilərdə qaz olmayacaq

Bu gün Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün vacib işlər icra olunacaq. Bu barədə BAKU.WS-ə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr...

19 Sosial 08:44 20 noyabr 2019

Son xəbərlər