Sabah Bakının bəzi küçələrində içməli su olmayacaq - SİYAHI

29
avq
2016
17:29
Sabah paytaxtın bəzi hissələrində içməli suyun verilişi məhdudlaşdırılacaq.
Bu barədə BAKU.WS "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilir ki, Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 30-da gün ərzində C.Hacıbəyli, Ü.Bünyadzadə, Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, Q.Pirimov, Mərdanov qardaşları, S.Vurğun küçələri ətrafında olan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
BAKU.WS

Oxşar xəbərlər
Bakıda su problemi: bu ərazilərdə su olmayacaq
Paytaxtın bəzi hissələrində su təchizatında məhdudiyyətlər olacaq. "Azərsu" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, abunəçilərin diqqətinə çatdırılır ki, Bak...