Bakıda su problemi: bu ərazilərdə su olmayacaq

Paytaxtın bəzi hissələrində su təchizatında məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, abunəçilərin diqqətinə çatdırılır ki, Bakı şəhəri İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 04 avqust 2016-cı il tarixində gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə - İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
BAKU.WS

Oxşar xəbərlər
Paytaxtın bu ərazilərində su olmayacaq (SİYAHI)
Paytaxtın bəzi yerlərində su verilməsində məhdudiyyətlər olacaq. "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə daxilə olan məl...