Sabah Bakının bu hissəsində qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb.
İşlərin yekunlaşdırılması məqsədi ilə mayın 27-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə MİDA yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində 3 uşaq dünyaya gəlib. Bu göstərici...