Sabah Bakıda qar yağacaq - HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Oxşar xəbərlər
Naxçıvanın bəzi çaylarından sel keçir
Naxçıvan Muxtar Respublikasının ərazisindəki bəzi çaylarda sel müşahidə olunur. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Naxçıvançaydan sel keçir. Selin əsas...