Sabahdan Bakıda bu yollar bağlanır - Təmir işlərinə başlanılır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) paytaxtın daha üç yol sahəsində təmir işlərinə başlanılacağını açıqlayıb.
BAKU.WS xəbər verir ki, aparılacaq işlərlə əlaqədar Suraxanı rayonunda yerləşən 14 İyul küçəsində, Yasamal rayonunda Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək olan hissəsində, həmçinin Səbail rayonunda Həsən Abdullayev küçəsinin Rostropoviç küçəsindən Yusif bəy İbrahimli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə mərhələli şəkildə məhdudiyyət tətbiq ediləcək.
Məlumata görə, qeyd olunan küçələrdə hərəkət 6 avqust saat 08:00-dan 7 avqust saat 22:00-dək qismən, 7 avqust saat 23:00-dan 10 avqust saat 07:00-dək isə tam məhdudlaşdırılacaq.
AAYDA sürücülərə təmir müddətində alternativ marşrutlardan istifadə etməyi, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməyi və yaranacaq məhdudiyyətlərə anlayışla yanaşmağı tövsiyə edib.
Oxşar xəbərlər
Rusiyada 12 il əvvəl törədilən dəhşətli cinayət: Bakıda məhkəmə davam edir
12 il əvvəl Rusiyada zorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. BAKU.WS O...