Sabah Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək. "28 May-Əhmədli" sahəsində və əksinə olmaqla pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.
BAKU.WS xəbər verir ki, zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Bununla bağlı stansiyalarda ümumi nəzarəti təmin etmək üçün növbətçilik cədvəli əsasında işçi qüvvəsi də ayrılıb.
Həmçinin qatarlar "Bakmil" stansiyasına və geri şənbə günü, Bənövşəyi xətdə və "Əhmədli-Həzi Aslanov" mənzilində isə şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcək.
Oxşar xəbərlər
Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: "Dedilər ki, çəkin çoxdur"
Baku TV-nin qaynar xəttinə müraciət edən Cəlilabad rayonunun Göytəpə şəhər sakini 48 yaşlı Zahid Qədirov illərdir ağır mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdi...