Sabah 28° isti olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında martın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində arabir duman olacaq.
Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 23-28° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.
Oxşar xəbərlər
İstirahət və bayram günlərinin hava proqnozu
İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, aprelin 30-u gündüz, mayın 01-də...