Sabah 25° isti olacaq - HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 60-65% olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
Oxşar xəbərlər
Sosial ödəniş alanların NƏZƏRİNƏ! Sabah YEKUNLAŞACAQ
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının aprelin 24-də ödənilməsi nəzərdə tutulub. Bu barədə BAKU.WS-ə Dövlət Sosial Müdafiə...