Sabah 24 yaşayış məntəqəsində qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İmişli rayonunun 24 yaşayış məntəqəsində sabah qaz olmayacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "İmişli" QPS-də yeni ölçü qovşağının quraşdırılması, mövcud ölçü qovşağının sökülərək yerinin dəyişdirilməsi və yeni Dş150 mm-lik şam xəttinin quraşdırılması ilə bağlı, aprelin 24-də saat 10:00-dan etibarən, işlər başa çatanadək "Qaz İxrac" İdarəsi tərəfindən "İmişli" QPS-dən qidalanan "İmişli 1" və "İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan müddətdə İmişli şəhər mərkəzi, 20 kənd, 3 qəsəbənin (18 min 190 abonent), eyni zamanda Saatlı rayonunun Naharlı, Məzrəli kəndlərinin (370 abonent) qaz təchizatında fasilə yaranacaq.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...