Sabah 2°-dək şaxta olacaq - HAVA PROQNOZU
![Sabah 2°-dək şaxta olacaq - HAVA PROQNOZU](https://baku.ws/storage/photos/uploads/thumbs/large/Qs1ThJQXyyXrFZy3Fp2BRRl7eS7wWkypoaNkdNxW.webp)
Fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarda yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.
Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Oxşar xəbərlər
Sığınacaqda yerləşdirilən uşağın qohumları hədə-qorxu gəlir
Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yerləşdirilən bir uşağın qohumları sığınacaq rəhbərliyinə hədə-qorxu gəlir, intiharla təhd...
![](/images/banners/placeholder_home_right_az.jpg)