Rüşvət alan 6 müəllim işdən qovulub

"Son 7 ildə Tibb Universitetində tələbədən rüşvət alan 6 müəllim işdən uzaqlaşdırılıb".
BAKU.WS xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində universitetin rektoru Gəray Gəraybəyli deyib.
O qeyd edib ki, hazırda universitetdə heç bir rüşvət və ya qeyri-qanuni ödəmələrdən söhbət gedə bilməz.
Rektor qeyd edib ki, ölkədə çoxlu plastik-estetik cərrah olsa da, hazırda bu sahədə rezidentura təhsili alan 7 tələbə var, məzun olan isə cəmi 3 nəfərdir.
Rektor həmçinin bildirib ki, universitetin yataqxanası tələbələrin ehtiyacını qarşılamır. Bu səbəbdən də yeni yataqxana tikilməsi planlaşdırılır.
Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin müxtəlif dövrlərdə sosial şəbəkələrdə gündəmə gələn, müzakirə olunan geyim kodekslərindən də danışıb.
Rektor onu da xüsusi olaraq qeyd edib ki, universitet tələbələrinin adına saxta səhifələr yaradılması və həmin səhifələrdə qeyri-etik paylaşımlar edilərək tələbələrin şantaj olunması məsələsi araşdırılır. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə tələbənin şikayətini dinləyib və lazımi tədbirləri görür.
Oxşar xəbərlər
Bakı-Quba yolunun bir hissəsi bağlanacaq
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yol ötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri...
