Rüstəm İbrahimbəyovdan qalmaqallı filmlə bağlı AÇIQLAMA - VİDEO

Rüstəm İbrahimbəyovdan qalmaqallı filmlə bağlı AÇIQLAMA - VİDEO
Video
Sosial 20530
Son günlər “Qafqaz üçlüyü” filmi böyük müzakirələrə səbəb olub. Film 2015-ci ildə çəkilib. Filmir rejissorları Eldar Şengelaya, Fuad İbrahimbəyov, ssenari müəllifi Rüstəm İbrahimbəyovdur. Kino bir çoxları tərəfindən tənqid atəşinə tutulub və orada erməni sevgisinin təbliğ olunduğu bildirilir.BAKU.WS xəbər verir ki, filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov deyilənlərin tam əksini düşünür. Rüstəm İbrahimbəyov Mir Şahin Ağayevə verdiyi açıqlamada deyib ki, əslində film barədə danışanlar onun əsas məğzini başa düşməyiblər. "Həmin filmdə erməni mədəniyyəti və erməni xalqından bir kəlmə də yoxdur. Erməni qəhrəman, özünü sevən eqoist adamdır. Azərbaycan qəhrəmanı ona dostluqda, sədaqaətdə dərs verir. Bu dərin düşünən və analiz edən adamlar başa düşür. Çox şeyləri qavramaq lazımdır", - deyə Rüstəm İbrahimbəyov vurğulayıb. BAKU.WS

Son xəbərlər