Rusiyada koronavirusla bağlı vəziyyət pisləşir
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federasiyasında koronavirus infeksiyası ilə bağlı vəziyyət pisləşməyə başlayır.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə ölkənin Koronavirusla Mübarizə və Nəzarət üzrə Operativ Qərargahı məlumat yayıb.
“Son bir həftədə əhalinin hər 100 000 nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 20,1 olub və əvvəlki həftə ilə müqayisədə 30,2% artıb”, - deyə açıqlamada bildirilir.
Bundan əlavə, qərargah Rusiyanın 68 regionunda yoluxma hallarının sayında artımın müşahidə olunduğunu, o cümlədən 22 regionda ölkə üzrə orta göstəricini keçdiyini qeyd edib.
Artıq üçüncü həftədir ki, COVID-19-a yoluxma hallarında artım müşahidə olunduğu da vurğulanıb.
Son bir həftə ərzində hər 100 min nəfərə xəstəxanaya yerləşdirilmə nisbəti əvvəlki həftə ilə müqayisədə 3,2% artaraq 5,4 təşkil edib.
Oxşar xəbərlər
COVID-19-un qurbanı olan ölkələr - Yoluxanlar və Ölənlər
Dünyada koronavirusa yoluxanların sayı artaraq 68,5 milyonu ötüb. Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir. Pandemi...