Rusiyada 12 il əvvəl törədilən dəhşətli cinayət: Bakıda məhkəmə davam edir

Rusiyada 12 il əvvəl törədilən dəhşətli cinayət: Bakıda məhkəmə davam edir
Sosial 18

12 il əvvəl Rusiyada zorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə istintaq sənədləri tədqiq edilib.

Bundan sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib və çıxışlar üçün söz verilib. Lakin prokuror çıxışa hazır olmadığından məhkəmədən vaxt istəyib.

Növbəti proses sentyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2013-cü il iyunun 25-də Rusiyanın Tatarıstan Respublikası ərazisində baş verib. Azərbaycan vətəndaşları Seymur Məmişov və Elşən Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları ilə müəyyən edilib ki, təqsirləndirilən şəxslər Azaliya Asanovanı qətlə yetirməzdən əvvəl ona qarşı cinsi zorakılıq tətbiq edərək zorlayıblar. Onlar qadını qətlə yetirdikdən sonra törətdikləri cinayətin izini itirmək məqsədilə meyiti əvvəlcədən qazdıqları quyuda basdırıblar.

Toplanmış sübutlar əsasında cari il martın 5-də S.Məmişov və E.Xuduyev Cinayət Məcəlləsinin 12.1, 120.2.1-ci (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6-cı (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həmin şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər