Ruhəngiz Qasımovanın oğlu: Onunla yaşamaq maraqlı idi" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın vida mərasimi davam edir.
BAKU.WS xəbər verir ki, hazırda Təzə Pir məscidində mərhumla vida mərasimində mərhumun övladları, yaxınları və incəsənət aləminin bir çox tanınmış simaları iştirak edirlər.
Mərhumun yasında oğlu İlkin Süleymanov da yer alıb.
O, BAKU. WS-ə açıqlamasında anası ilə bağlı xoş xatirələrindən danışıb. İlkin bəy bir çox xarici ölkələrdə olmasına baxmayaraq hər zaman anasının onunla maraqlandığını, hətta yanına səfər etdiyini bildirib:
"Ana kimi çox yaxşı insan idi. Onunla yaşamaq çox maraqlı idi. Bir qədər danışa bilməyəcəm. Hərbi xidmətə gedəndə, eləcə də başqa ölkələrə gedəndə arxamca gəlib. Nəzəri üzərimizdə idi. Mən xaricdə yaşamışam. 15 ildən çoxdur ki, Azərbaycanda yaşamıram. Çox az görüşürdük. Sonuncu dəfə oğlumun toyunda görüşmüşdük, sonra Honq-Konqa getdi".
Ruhəngiz Qasımova bu gün Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn edilib. O, həyat yoldaşının qəbrinin yanında torpağa tapşırılıb.
Oxşar xəbərlər
Ruhəngiz Qasımovanın müğənni nəvəsi ONUN SON VƏSİYYƏTİNİ AÇIQLADI - FOTO
"Düzdür, hələ məni o qədər də yaxşı tanımırlar. Amma bu istedadım nənəmdən mənə keçib". Bu sözləri BAKU.WS-ə açıqlamasında Ruhəngiz Qasımovanın müğənni nəvəsi H...