Xəyyam Nisanov: "Ondan sonra Ruhəngiz Qasımovanı görmədim"- FOTO

"Mənim üçün böyük itkidir. Daima ürəyimizdə olacaq. Ən son mənlə xəstəliyindən danışdı. Onunla bir toyda görüşdük. Daha sonra telefonda danışdıq. Sonra onu görmədim".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Əməkdar artist Xəyyam Nisanov deyib. O, əməkdar artistin vəfatına görə dərin kədər hissi keçirdiyini ifadə edib.
Qeyd edək ki, hazırda Təzə Pir məscidində Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilir. Məclisdə Qasımovanın övladları, yaxınları və incəsənət aləminin bir çox tanınmış simaları iştirak edirlər.
Bəstəkar bu gün Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək. O, həyat yoldaşı Əli bəyin qəbrinin yanında torpağa tapşırılacaq.
Oxşar xəbərlər
Murad Dadaşov: "Ruhəngiz Qasımovanın həyat yoldaşı ilə mənim həyat yoldaşım qohumdur"
Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın nəşi bu gün səhər saatlarında Bakıya gətirilib. BAKU.WS xəbər verir ki, hazırda Təzə Pir məscidində mərh...
