Şəhid jurnalist dəfn edilib - YENİLƏNİB - FOTO

Şəhid jurnalist dəfn edilib - YENİLƏNİB - FOTO
Foto
Sosial 414

Kəlbəcərdə minaya düşərək həlak olan Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov dəfn edilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, vida mərasimi yaşadığı Binəqədi rayonunda Məhərrəm İbrahimovun evində keçirilib. Şəhid jurnalist Abşeron rayonu, Şuraabad kənd qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasimində dövlət rəsmiləri, vətəndaşlar və mərhumun yaxınları iştirak ediblər.

*** 12:44 Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovla vida mərasimi başa çatıb.

Şəhid jurnalistin cənazəsi dəfn olunması üçün Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlığa yola salınıb.

*** 09:56

Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovla vida mərasimi başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhid jurnalistlə vida mərasimi yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəbəbəsi, Cəfər Cabbarlı küçəsi 10 ünvanındakı evində keçirilir.

Mərasimdən sonra onun cənazəsi Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Son xəbərlər