Murad Dadaşov: "Ruhəngiz Qasımovanın həyat yoldaşı ilə mənim həyat yoldaşım qohumdur"

Murad Dadaşov: Ruhəngiz Qasımovanın həyat yoldaşı ilə mənim həyat yoldaşım qohumdur
Sosial 415

Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın nəşi bu gün səhər saatlarında Bakıya gətirilib.

BAKU.WS xəbər verir ki, hazırda Təzə Pir məscidində mərhumla vida mərasimi keçirilir. Məclisdə Qasımovanın övladları, yaxınları və incəsənət aləminin bir çox tanınmış simaları iştirak edirlər. Onlar arasında Xəzər TV-nin rəhbəri Xalq artisti Murad Dadaşov da yer alıb. O, BAKU.WS-ə açıqlamasında Ruhəngiz Qasımova ilə bağlı xatirələrini bölüşüb. Dadaşov mərhumla qohum olduğunu bildirib:

"Çox təəssüf ki, yaş öz sözünü deyir, insanlar gənc yaşında dünyasını dəyişir. Müsbət enerjili insan idi. Tanımadığı insanları da sevirdi. Bunun arxasında nə qədər gözəl əsərləri mahnıları var. Mən çıxışlarımdan birində demişdim ki onun haqda çoxlu xatirələr var. Həyat yoldaşına sadiq idi. Qohumluq bir yana, Canana xanım deyir, "onun ən yaxın silahdaşlarından birisiniz". Çox adam bilmir, Ruhəngiz xanımın həyat yoldaşı Vasif müəllim mənim həyat yoldaşımın qohumudur".

Bəstəkar bu gün Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək. O, həyat yoldaşının qəbrinin yanında torpağa tapşırılacaq.

Xatırladaq ki, Ruhəngiz Qasımova vəfat etməsi ilə bağlı məlumatı ilk dəfə teatrşünas Anar Bürcəliyev paylaşıb. 82 yaşlı bəstəkar oktyabrın 9-da Honq-Konqda qızı Canana Paşa Süleymaninin evində vəfat edib.

Son xəbərlər