Rövşən Tağıyev: "Tələsirik deyə edilən səhv – geri dönüşü olmayan nəticə yaradır"

Rövşən Tağıyev: Tələsirik deyə edilən səhv – geri dönüşü olmayan nəticə yaradır
Sosial 36

"Yollarda sürət həddinin aşılması çox vaxt "bir az tez çatmaq" düşüncəsi ilə əsaslandırılır. Lakin real rəqəmlərə baxdıqda bunun heç bir ciddi üstünlük vermədiyi aydın görünür".

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev

Dİn rəsmisi əlavə edib ki, məsafəni daha yüksək sürətlə qət etdikdə 10 kilometrlik məsafədə qazandığınız vaxt cəmi bir neçə dəqiqədən artıq olmur:

"60 km/saat əvəzinə 80 km/saatla hərəkət etdikdə → təxminən 2 dəqiqə 30 saniyə

80 km/saatdan 100 km/saat sürətə keçdikdə → təxminən 4 dəqiqə

100 km/saatdan 120 km/saat sürətə artırdıqda → təxminən 5 dəqiqə

Bu qədər kiçik zaman fərqinin müqabilində qəza riski isə dəfələrlə artır. Sürət yüksəldikcə nəqliyyat vasitəsinin dayanma məsafəsi uzanır, qarşıya çıxan təhlükəyə reaksiya gecikir və adi görünən bir manevr belə ağır nəticələnə bilir. Yəni qazandığını düşündüyün bir-iki dəqiqə əvəzində öz həyatını, sərnişinlərini və digər yol hərəkəti iştirakçılarını ciddi təhlükə ilə üz-üzə qoymuş olursan.

Yollarda təhlükəsizlik hər zaman birinci yerdə olmalıdır. Vaxtında çatmaq üçün ən doğru yol tələskənlik deyil, marşrutu və vaxtı düzgün planlamaqdır. Qaydaları pozaraq sürəti artırmaq nə real vaxt qazandırır, nə də yolu qısaldır - sadəcə riski böyüdür".

Rövşən Tağıyev:

Oxşar xəbərlər

Son xəbərlər