Rəsul Çunayev üçüncü dəfə məzun oldu
05
iyn
2025
11:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın yunan-Roma güləşi üzrə sabiq milli üzvü, olimpiya mükafatçısı və dünya çempionu Rəsul Çunayev üçüncü ali təhsilini də tamamlayıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Çunayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bələdiyyə idarəetməsi ixtisası üzrə bitirib.
Qeyd edək ki, o, bundan əvvəl Azərbaycan İdman Akademiyasını və Bakı Dövlət Universitetinin hüquq fakültəsini də uğurla başa vurub.
Qalereya
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...