İranda yeni anti-rekord: Bir gündə 167 nəfər koronavirusdan öldü

30
iyn
2020
15:21
İranda son 24 saat ərzində daha 167 nəfər COVID-19 yoluxucu xəstəliyindən vəfat edib.
BAKU.WS xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə bu rəqəmin pandemiya başlayandan etibarən bir gündə qeydə alınan ən yüksək ölüm sayı olduğunu bildirib.
Bununla da, İranda bugünədək ümumilikdə 4 958 nəfər koronavirusdan ölüb.
Ötən gün ərzində ölkədə daha 2 457 insanda koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 227 min 662-yə çatıb. 188 min 758 pasiyent isə müalicə olunaraq sağalıb.
Oxşar xəbərlər
Koronavirusun ən çox təhlükə törətdiyi ölkələr - SİYAHI
Dünyada COVID-19-a yoluxma hallarının sayı artır. Koronavirusun aşkarlandığı 213 ölkədə və bölgədə COVID-19-a ümumilikdə 9 354 860 yoluxma aşkarlanıb. BAKU.WS r...