İranda koronavirusdan ölüm rekordu

İranda koronavirusdan ölüm rekordu
Sosial 468

İranda yeni tip koronavirus epidemiyasından son 24 saat ərzində 440 nəfər həyatını itirib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari ölkədəki COVİD-19-un yayılması ilə bağlı son statistik məlumatları paylaşıb.

O bildirib ki, son 24 saatda ümumilikdə 8 min 289 insanın koronavirus testi müsbət olub, 440 adam ölüb.

Bununla da İranda koronavirusa yoluxanların sayı 628 min 780-ə, həyatını itirənlərin sayı isə 35 min 738-ə çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər