Ramiz Mehdiyevin həyat yoldaşı da işdən çıxarıldı - YENİ TƏYİNAT
Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.
BAKU.WS manset.az-a istinadla xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin müvafiq əmri ilə Q.Mehdiyeva bir müddət öncə təhsil müəssisəsinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib.
Digər əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub.
Qeyd edək ki, V.İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır.
Xatırladaq ki, R.Mehdiyevin gəlini Nigar Mehdiyeva da ötən gün Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrindən azad edilib.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Dövlət Turizm Agentliyi jurnalistlər üçün Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil edib. BAKU.WS xəbər verir ki, Palçıq Vulkanları Turizm Kompleksi...