Qutuları gecə ilə apardılar, ətraf zibilliyə döndü - VİDEO

Qutuları gecə ilə apardılar, ətraf zibilliyə döndü - VİDEO
Video
Sosial 93

Abşeron rayonu ərazisində sakinlər acınacaqlı vəziyyətlə üzləşiblər.

BAKU.WS-in "qaynar xətti"nə danışan sakinlərdən biri deyib ki, Xırdalan şəhərindəki küçələrin birindən zibil qutuları gecə ilə aparılıb.

Hacı Zeynəlabidin Tağıyev küçəsinin sakinləri isə qutuların əvvəl olduğu yerə zibillərini atmaq məcburiyyətində qalıblar.

Nəticədə ərazidə zibillik və antisanitariya hökm sürür.

İddiaya əsasən, əvvəl zibil qutularının olduğu yerdə obyekt tikilməsi planlaşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər