Qurbanlıq heyvanları gül mağazasında bəzədilər (VİDEO)

Qurbanlıq heyvanları gül mağazasında bəzədilər (VİDEO)
Video
Sosial 3339
Qurbanlıq heyvanların bəzədilməsi artıq dəb halını alıb. Elə bu il də istər sosial şəbəkələrdə, istərsə də qurbanlıq heyvanların satıldığı məntəqələrdə belə mənzərələrlə rastlaşırıq. BAKU.WS-in xezerxeber.az-a istinadən verdiyi məlumata görə, telekanalın əməkdaşı hətta gül mağazalarında da qurbanlıqların bəzədilməsinin şahidi olub. Adətdəndir, əgər nişanlı cütlük varsa, oğlan evi qız evinə qurbanlıq heyvan alıb, aparar. Əgər bir vaxtlar qız evinə aparılan qurbanlıq heyvanın boynuna qırmızı lent bağlanardısa, indi qurbanlıq heyvan əməlli başlı bəzədilir. Bəziləri isə qurbanlıq heyvanları həm diri, həm də kəsilmiş vəziyyətdə satış məntəqələrindən alıb, üz tuturlar gül mağazalarına. Çünki belə məkanlarda heyvanlar daha peşəkarcasına bəzədilir. Kəsilmiş, soyulmuş və doğranmış qurban əti xüsusi səbətlərdə qablaşdırılır və qeyri adi dekorlarla hazırlanır. Eyni zamanda burda həm də qurbanlıq heyvanlar da bəzədilir. Onlar üçün əl işləri ilə bəzək əşyaları hazırlayır və müxtəlif aksesuarlardan istifadə edirlər. Qeyri-adi şəkildə bəzədilən qurbanlıqların xınaları da çəkiləndən sonra tam hazır vəziyyətdə qız evinə aparılır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər