Qurban Qurbanov: “Gizli kamera qurulub, xəbərimiz də olmayıb”
"İki ildən artıqdır ki, bu film üzərində işləyirdilər. Maraqlıdır ki, çox gizlində işləyirdilər. Filmdə yer alan kadrları bir və ya iki dəfə görmüşəm, ya görməmişəm".
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.Heydər Əliyev Mərkəzində "Qarabağ FK-30 mövsüm səfərdə" sənədli filminin təqdimat mərasiminə qatılan təcrübəli mütəxəssis film barədə fikirlərini bölüşüb:
"Hətta bəzi epizodlara baxdım ki, gizli kamera qurulub, bizim heç xəbərimiz də olmayıb. Elə kadrlar var idi ki, gizli kamera ilə çəkilib. "İmarət"də olan son oyundan ta bu günə kimi filmdə ətraflı məlumat verilib. Filmin böyük tarixi oldu. Mənim bu komandada işlədiyim gündən futbolçulara çatdırdığımı efirdə gördüm. Filmin çəkiliş heyətin bizim xarici səfər oyunlarına görmüşəm. Bəzən fikirləşirdim ki, bunlar bizim təyyarə ilə gəlməyiblər. Sən demə, gizli çəkilişlər gedirmiş. Deməli, filmin çəkilişinə böyük vəsait sərf olunub. Başda Arzu xanım Əliyeva olmaqla hər kəsə təşəkkür edirəm. Görəndə ki, dövlət səviyyəsində bu komandaya dəyər verilir, inanın ki, məsuliyyətim, həvəsim daha da artır".
Oxşar xəbərlər
Ayaz Mirzəyev: "Məmur olana qədər elə bilirdim ki, hər şeydən xəbərim var" - FOTO/VİDEO
Onu iqtisadiyyat xəbərlərinin, siyasi verilişlərin, müəllif proqramlarının aparıcısı kimi tanımışıq. İnqilabların başladığı qaynar nöqtələrdən çəkilişləri, dövr...