Qumar oyunlarına görə 428 internet resursuna giriş məhdudlaşdırılıb
Ötən il ərzində vətəndaşlardan, hüquqi şəxslərdən və dövlət qurumlarından daxil olan müraciətlər, eləcə də aparılan monitorinqlər əsasında qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi 429 internet informasiya ehtiyatına məhkəmə qətnaməsi əsasında Azərbaycan ərazisində giriş məhdudlaşdırılıb.
Bu barədə BAKU.WS-ə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.
Bildirilib ki, girişin məhdudlaşdırıldığı internet informasiya ehtiyatlarının 428-i qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yayılması, 1-i isə əqli mülkiyyət hüquqlarını pozan məlumatların yerləşdirilməsi ilə bağlı olub.
ETX vətəndaşları və hüquqi şəxsləri internet mühitində qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.
Oxşar xəbərlər
Pensiyaların verilməsi ilə bağlı əhaliyə ŞAD XƏBƏR
Azərbaycanda pensiya ödənişlərinin paytaxt və regionlar üzrə fərqli tarixlərdə həyata keçirilməsi yenidən müzakirə mövzusuna çevrilib. BAKU.WS-in məlumatına gö...