Quba-Xınalıq yolunda yeni körpünün inşası davam etdirilir

Quba-Xınalıq yolunda yeni körpünün inşası davam etdirilir
Foto
Sosial 131

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası davam etdirilir.

BAKU.WS xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb. Hazırda ərazidə betonlama işlərinə başlanılıb.

Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra olunur.

İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Oxşar xəbərlər

Gəncədə avtobusların yolu dəyişdi, bazarın işi iflic oldu

Gəncədə avtobusların yolu dəyişdi, bazarın işi iflic oldu

Gəncənin ən böyük bazarına avtobusların hərəkəti bir aydır ki dayandırılıb. Səbəb ictimai nəqliyyat vasitələrinin hərəkət marşrutlarının dəyişdirilməsidir. Bu i...

200 Sosial 17:00 25 oktyabr 2025

Son xəbərlər